Zakir Qaralov İsmayıllıda vətəndaşların qəbulunu keçirəcək

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və İsmayıllı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək

Bakı, Tural Səftərov, İnteraz - 05 Fevral 2014, 10:05

Baş prokuror Zakir Qaralov fevralın 14-də İsmayıllı Rayon Prokurorluğunun inzibati binasında İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Kürdəmir və Göyçay rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

 

Baş Prokurorluğun mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, saat 11:00-da başlayacaq qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və İsmayıllı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

 

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə Baxılması İdarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az, elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.