Nazirlik könüllü qanvermə aksiyası keçirdi

Tədarük olunan qan qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq

Bakı, Tural Səftərov, İnteraz - 05 Fevral 2014, 10:15

Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Hematologiya və Tranfuziologiya İnstitutunun təşkilatçılığı ilə növbəti könüllü qanvermə aksiyaları həyata keçirilib. İnterAz-ın Səhiyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “Kürdəmir MRX”-da 120, “19 saylı Şəhər Poliklinikası”nda 10, “3 saylı Şəhər Poliklinikası”da” - 17, “19 saylı Uşaq poliklinikası”da - 19 nəfər, “ARDNŞ marketinq və İqtisadi əməliyyatlar idarəsi ”- ndə 33 nəfər könülü olaraq qan verib. 

 

Eyni zamanda “ARDNŞ Azərneftyağ neft emalı zavodu”nda - 43, “26 saylı Şəhər poliklinikası”nda- 261, “S. Əliyev adına neft emalı zavodu”-da -43, “26 saylı Şəhər Poliklinikası”nda -13, “ARDNŞ qaz emalı zavodu”nda 49 nəfər könülü olaraq qan verib.

 

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.