Mənzildə 73 yaşlı qadın meyidi tapılıb

Meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb

Şirvan, Mehman Məlikov, Vüsal Nəbiyev, İnteraz - 05 Fevral 2014, 11:12

Hadisə şəhərin H.Əliyev prospekti 42, mənzil 12 ünvanında qeydə alınıb. 9 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yaşayan Güllü Abdullayevanın doğmaları ondan xəbər ala bilməyib. Giriş qapısının bağlı olduğunu və telefon zənglərinə cavab verilmədiyini görən yaxınları Fövqəladə Hallar Nazirliyinin “qaynar xətt” xidmətinə müraciət edib.

Xüsusi Riskli Xilasetmə xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər xüsusi alət və avadanlıqlarla qapını açdıqdan sonra məlum olub ki, tənha yaşayan 73 yaşlı Güllü Abdullayeva evdə dünyasını dəyişib. Meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb. Faktla bağlı araşdırma aparılır.