Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrların nəzərinə!

Siz TQDK-nın rəsmi internet saytına daxil olaraq iş nömrəsi və şifrinizdən istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqi”ni çap edə bilərsiniz

Bakı, Vüsal Nəbiyev, İnteraz - 27 Fevral 2014, 10:45

Hörmətli bakalavrlar! Siz TQDK-nın rəsmi internet saytına daxil olaraq iş nömrəsi və şifrinizdən istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqi”ni çap edə bilərsiniz.

İş nömrəsi və şifrini itirmiş bakalavrlar ödəmə kartını aldığını telefon nömrəsindən 2 yazıb 7745 nömrəsinə göndərməlidir.

TQDK-nın mətbuat ximdətindən İnterAz-a verilən məlumata görə, ödəmə kartını internet ödəmə vasitəsi ilə əldə edib sonradan həmin iş nömrəsi və şifri itirən bakalavrlar Bakı şəhərində TQDK-nın əsas binasına (Ak. H.Əliyev küç, 17) yaxınlaşmalıdır. Regionlarda yaşayanlar vətəndaşlar isə qeyd etdiyimiz məsələ ilə bağlı TQDK-nın regional bölmələrinə müraciət edə bilərlər. 

Qeyd edək ki, imtahana gələrkən “Bakalavrın imtahana buraxılış vərəqi” ni və şəxsiyyət vəsiqəsinin əslini mütləq özünüzlə gətirməlisiniz.