Lerik rayonunda zəlzələ baş verib

Yeraltı təkanlar yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub

Bakı, Tural Səftərov, İnteraz - 27 Fevral 2014, 11:17

Azərbaycanın Lerik rayonunda zəlzələ baş verib.

 

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən İnterAz-a verilən məlumata görə, saat 10:30:25-də Lerikdən 19 km şərqdə zəlzələ qeydə alınıb.

 

Zəlzələnin dərinliyi 22 km, manitudası 3,3 olub.

 

Yeraltı təkanlar yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Tikililərdə dağıntı yoxdur.