Millət vəkillərimiz TBMM sədri ilə görüşüb - Foto

Çıxışı zamanı millət vəkili Qənirə Paşayeva müzakirə mövzusu ilə bağlı özünün fikir və təkliflərini səsləndirib

Bakı, Vüsal Nəbiyev, İnteraz - 27 Fevral 2014, 11:35

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Xocalı Soyqırımının 22-ci ildönümü ilə bağlı Türkiyədə səfərdə olan Azərbaycan millət vəkilləri Qənirə Paşayeva, Arif Rəhimzadə, Rüstəm Xəlilov, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyədə fəaliyyət göstərən Azərbaycan-Türkiyə qardaşlığı dərnəklərinin üzvləri ilə görüşüb və geniş müzakirələr aparılıb. Müzakirələrdə çıxışı zamanı millət vəkili Qənirə Paşayeva müzakirə mövzusu ilə bağlı özünün fikir və təkliflərini səsləndirib.