"ASAN" xidmətdən "kupça" alınması üçün lazım olan sənədlər

Zəruri sənədlər aşağıdakılardır

Bakı, Vüsal Nəbiyev, İnteraz - 27 Fevral 2014, 11:46

Mənzil-tikinti kooperativi tərəfindən inşa olunmuş binada yerləşən mənzilə dair ilkin qeydiyyatı (kupçanın alınmasını) həyata keçirmək üçün bizə müraciət edə bilərsiniz. Zəruri sənədlər:

1. Mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı
2. Mənzil üçün pay haqqının tam ödənildiyi barədə maliyyə arayışı
3. Dövlət rüsumunun ödənilməsi barədə sənəd