Paytaxtda zibillikdə yeni doğulmuş körpə tapılıb

Körpənin bir günlük olduğu məlum olub

  • 118

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Dekabr 2016, 13:52

Bakıda zibillikdən yeni doğulmuş körpə tapılıb.

İnterAz "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Əlibəy Hüseynzadə küçəsi 49 nömrəli binanın qarşısında qeydə alınıb.

Belə ki, binanın qarşısındakı məişət tullantıları qutusunda Mənzil Komunal İstismar Sahəsinin əməkdaşları körpəyə rast gəliblər. Onun qız olduğu müəyyən olunub. Körpə aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Daha sonra o, "Təcili yardım" maşını ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.

Məlum olub ki, körpənin göbəyi də kəsilməyib, o bir günlükdür. Hazırda körpə institutun reanimasiya şöbəsindədir. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.