Nigeriyada yeniyetmə diri-diri divara hörülüb

Sakinlər nə düşünəcəklərini bilmirdilər

  • 2

Bakı, Ceyhun Nəzərov, İnteraz - 19 Dekabr 2016, 12:21

Nigeriyada qəribə, eyni zamanda olduqca dəhşətli hal baş verib. Ondro ştatındakı yaşayış məntəqələrindən birində binanın divarından  qəribə səslər və hönkürtü eşidilib. Sakinlər nə düşünəcəklərini bilmirdilər.

 

Lakin yerli şaman nigeriyalıları sakitləşdirərək, bunun cəngəllik ruhlarının insanların yanına gəlməsi və ya ruhların onlara xoş münasibət bəsləməyən insanlar tərəfindən qara magiya vasitəsilə insanların üzərinə yönəldilməsi ilə əlaqələndirib.

 

 

Təbii ki, bu sözlərdən sonra insanlar səslərin gəldiyi divara yaxınlaşmağa ehtiyat ediblər. Ürək parçalayan hönkürtü səslərini eşitmək istəməyən sakinlər bu səbəbdən yollarını belə dəyişiblər.

 

Üç gün belə davam etdikdən sonra səslər kəsilməyə başlayıb və nəhayət tam kəsilib. Bu hal insanlara qəribə gəlib. Onlar divarda canlı varlığın olduğunu və bu müddət ərzində taqətdən düşdüyünü ehtimal etməyə başlayıblar.

 

 

Bundan sonra kəndin özündə iradə toplayan kişiləri divarı dağıdıblar. Oradan 12 yaşlı oğlanın aşkarlanması təəccübə səbəb olub. Yeniyetmə sadəcə divara hörülüb. İnsanlardan üç sutka ərzində kömək gözləyən və ağlayan, daha sonra isə sadəcə taqətdən düşən bu uşaq imiş. Gec də olsa, xoşbəxtlikdən ona kömək göstərilib.

 

Hazırda polis oğlanın kim tərəfindən və nəyə görə divara hörüldüyünü təyin edir. Oğlan xəstəxanaya aparılıb və hazırda həyatı üçün heç bir təhlükə yoxdur.