Bakı milyoneri malikanəsini kimsəsiz uşaqlara hədiyyə edib

İmkanlı bir şəxs üçmərtəbəli villasını kimsəsiz və imkansız uşaqlar üçün sığınacağa verib

  • 127

Bakı, Nazilə Xaqani, İnteraz - 21 Dekabr 2016, 14:33

Azərbaycanda imkanlı şəxslərdən biri villasını kimsəsiz uşaqlar üçün sığınacaq edib.

İnterAz "millixeber"ə istinadən xəbər verir ki, hadisə paytaxt Bakıda baş verib.

Belə ki, adının açıqlanmasını istəməyən imkanlı bir şəxs üçmərtəbəli villasını kimsəsiz və imkansız uşaqlar üçün sığınacağa verib. O, bu addımını xeyirxah məqsədlə atdığını deyərək özünü reklam etmək niyyətində olmadığını, bu səbəbdən də adının gizli qalmasını istəyib.