Bakıda sərnişin avtobusu piyada zolağından istifadə edən kişini vurub

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

  • 1

Bakı, Nazilə Xaqani, İnteraz - 21 Dekabr 2016, 15:37

Bakıda piyada zolağından istifadə edən kişini avtomobil vurub.

İnterAz-ın "Report"a istinadən verdiyi məlumatına görə, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, təxminən 40-45 yaşlarında olan kişi piyada zolağı ilə yolun digər tərəfinə keçmək istəyib. Bu zaman yol hərəkəti qaydasını pozaraq əks istiqamətdə yola çıxan 12 saylı sərnişin avtobusu piyadanı vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.