Rusiyanın məşhur verilişi Azərbaycana həsr olunub

Proqramda Azərbaycan rəqsləri və musiqiləri nümayiş olunub

  • 70150

Bakı, Nazilə Xaqani, İnteraz - 28 Dekabr 2016, 17:04

Rusiyanın “Birinci” kanalında yayımlanan “Pole çudes” (“Поле чудес”) proqramının növbəti buraxılışı Azərbaycan mədəniyyətinə həsr olunub.

İnterAz "Oxu.Az"a istinadən xəbər verir ki, aparıcı Leonid Yakuboviç verilişi açıq elan edən zaman Azərbaycan çayının ləzzətindən bəhs edib. Studiya Azərbaycan meyvələri və şirniyyatları ilə (şəkərbura, paxlava, qoğal və s.) bəzədilib. Qonaqlara hədiyyəni Azərbaycanın milli geyimində olan qızlar təqdim ediblər.

Proqramda Azərbaycan rəqsləri və musiqiləri nümayiş olunub.

Verilişdə Əməkdar artist Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupu, tanınmış rəqqas İlham Kərimli, rəqqasə Röyanın çıxışları maraqla qarşılanıb.