Mağazada aldığınız xəzin dəhşətli hazırlanma mərhələsi

Heyvanların çəkdiyi ağrılar, əzablar onlara bir o qədər maraqlı deyil

  • 58

Bakı, Ceyhun Nəzərov, İnteraz - 06 Yanvar 2017, 15:59

Xəz-dəri sənayesi nümayəndələrinə lazım olan yalnız xəzin əldə edilməsidir. Onlar məhz bunun üçün tülküləri, yenot və digər xəzli heyvanları yetişdirir və sonra öldürərək dərilərini qoparırlar. Bununla belə heyvanların çəkdiyi ağrılar, əzablar onlara bir o qədər maraqlı deyil.

 

 

Başlıca problem təbii xəzlərə böyük tələbat olmasıdır.

 

 

Heyvanların xəz-dəri fermalarında yaşayışı sadəcə dəhşətdir. Dərilərini zədələməmək üçün onları zəhərləyirlər, boğurlar, cərəyanla öldürürlər. Sonuncu üsuldan tez-tez istifadə edilir. Elektrik enerjisindən istifadə edərkən tülkülərin dərilərini diri-diri soyurlar.