Ötən ay Bakıda özünü 3-cü mərtəbədən atan qız xəstəxanada dünyasını dəyişib

26 yaşlı gənc qız uzun müddət psiхi pozğunluqdan əziyyət çəkib

  • 39

Bakı, Azər İsrafilov, İnteraz - 11 Yanvar 2017, 12:54

Ötən ay özünü yaşadığın binanın eyvanında aşağı atan qız 17 gündən sonra xəstəxanada dünyasını dəyişib.

İnterAz xəbər verir ki, intihara cəhd hadisəsi Yeni Günəşli qəsəbəsində qeydə alınmışdı.

Xatırladaq ki, Nərminə Firudin qızı Paşayeva ötən il dekabr ayının 25-də Bakı şəhəri Suraxanı rayonunda intihar məqsədilə özünü yaşadığı binanın 3-cü mərtəbəsindəki mənzilinin eyvanından aşağı atıb.

Qeyd edək ki, 26 yaşlı gənc qız uzun müddət psiхi pozğunluqdan əziyyət çəkib.