Bakıda mənşəyi məlum olmayan 2 tondan çox ət aşkar edilib

Məhsul Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyasına təqdim edilib

  • 7

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Yanvar 2017, 14:03

Mənşəyi məlum olmayan 2 tondan çox ət aşkar edilib.

Daxili İşlər Nazirliyindən İnterAz-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taborunun və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yanvarın 9-da Binəqədi rayonunun "28 May" qəsəbəsi ərazisində yerləşən "Azər ət" MMC-nin soyuducu anbarında mənşəyi və sağlamlığına dair sənədi olmayan 2 ton 115 kiloqram ət aşkar edilərək götürülüb.

Məhsul Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyasına təqdim edilib.