İlham Əliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Vasif Talıbov dövlət başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verib

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Yanvar 2017, 14:20

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 11-də xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verib.