Xəzər dənizində zəlzələ olub

Ocağı 59 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb

  • 16

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Yanvar 2017, 09:10

Yanvarın 11-də Xəzər dənizinin Azərbaycana aid hissəsində 4,5 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən İnterAz-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 18:28-də Nardarandan 160 kilometr şərqdə, Xəzər dənizində qeydə alınıb.

Ocağı 59 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.