Rusiyaya 500 min rubl keçirməyə cəhd edən şəxs saxlanılıb

Azərbaycandan Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb

  • 19

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Yanvar 2017, 10:31

Azərbaycandan Rusiyaya rus rublu keçirməyə cəhd edən şəxs saxlanılıb.

Dövlət Gömrük Komitəsindən İnterAz-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Azərbaycandan Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Vətəndaşın üzərində yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilmiş 50 min Rusiya rublu əvəzinə 500 min Rusiya rublu aşkar edilib.