DGK sədri Aydın Əliyev Lənkəranda vətəndaşları qəbul edəcək

Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək

  • 15

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Yanvar 2017, 11:04

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev yanvarın 17-də saat 10.00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən İnterAz-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən-Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar yanvarın 16-si saat 10:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Astara Gömrük İdarəsi (əlaqə telefonu: (025) 225-31-90) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.