AMEA əməkdaşları 80 ton qızıl ehtiyatı olan Tülallar yatağında olublar

Səfər zamanı yataqlardan nümunələr götürülüb, istismar işlərinin gedişatı ilə tanışlıq aparılıb

Bakı, Ş. Nəzərli, İnteraz - 13 Avqust 2014, 09:27

AMEA Geologiya və Geofizika İnstitutu və AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin əməkdaşları Göygöl rayonunun Tülallar kəndi ərazisində aşkarlanmış qızıl yataqlarına ezamiyyətə gediblər.

 

AMEA-dan İnterAz-a verilən məlumata görə, 80 ton qızıl, 250 ton gümüş ehtiyatı hesablanmış ərazidə aparılmış tədqiqatlarda məqsəd təbii resursların tədqiqi və test nümunələrinin aparılması üçün araşdırmaların genişləndirilməsi olub.

 

Səfər zamanı yataqlardan nümunələr götürülüb, istismar işlərinin gedişatı ilə tanışlıq aparılıb, əraziyə baxış keçirilmiş və növbəti addımlar müzakirə edilib.