Olimpiya, Dünya və Avropa çempionlarımız uşaq evində

İdmançılarla uşaqlar arasında simvolik yarışma keçirilib

  • 4

Bakı, Nazilə Xaqani, İnteraz - 19 Aprel 2017, 17:13

“Sound İdea” könüllüləri “Ümid yeri” uşaq evində valideyn himayəsindən məhrum olan uşaqlarla görüşüb.

İnterAz xəbər verir ki, görüşdə Azərbaycanın güləş və cüdo üzrə milli yığmasının üzvləri, Olimpiya, Dünya və Avropa çempionları iştirak edib. Həsən Əliyev, Əşrəf Əliyev, Cəbrayıl Həsənov, Emin Əhmədov, Elvin Mürsəliyev, Rüstəm Orucov, Elmar Qasımov və Orxan Səfərov uşaqlarla birlikdıə maraqlı anlar yaşayıb.

İdmançılarla uşaqlar arasında simvolik yarışma keçirilib.