İslam Oyunlarında ilk medalçılar məlum olub

10 metr məsafədə atıcılıqda Türkiyə idmançısı Ömər Aqyun 249,8 bal toplamaqla birinci yeri qazanıb

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 13 May 2017, 13:39

Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində kişilər arasında tüfəngdən atma üzrə keçirilən yarışlarda ilk medalçılar məlum olub.

İnterAz-ın məlumatına görə, 10 metr məsafədə atıcılıqda Türkiyə idmançısı Ömər Aqyun 249,8 bal toplamaqla birinci yeri qazanıb.

Gümüş medalı 245,5 balla Banqladeş idmançısı Munna Mdrabbihsan, bürünc medalı isə özbək idmançısı 224,1 balla qazanıblar.

Azərbaycan idmançısı Əli Məcidli təsnifat mərhələsini keçə bilməyib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.