Moskvada İmam Mehdinin (ə) mövludu qeyd edilib

"İnterAz" televiziyasına müsahibəsində Seyid Əliəkbər Ocaqnejad mövlud gününün xüsusiyyətlərinə toxunub

  • 42

Moskva, İ.Rüstəmov, , İnteraz - 13 May 2017, 15:57

 “Bütün müsəlman məzhəbləri və firqələri qiyamət günü çatmamış İmam Mehdinin (ə) zühur edəcəyi və yer kürəsini ədalətlə təmin edəcəyini qəbul edir və ona inanır.”

İnterAz-ın Moskva müxbirinin verdiyi xəbərə görə, bu sözləri Moskvada İslam Mədəniyyət Mərkəzindəki çıxışında İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin nümayəndəsi, Höccətülislam vəl-müslimin Seyid Əliəkbər Ocaqnejad deyib.

Ruhani “Əhli-beyt” cəmiyyəti tərəfindən İmam Mehdinin (ə) mövludu münasibəti ilə təşkil edilmiş mərasimdəki çıxışında təkcə imamın zühur edəcəyinə inanmağın deyil, onu gözləməyin, axtarmağın, təqvalı olmağın da vacibliyini qeyd edib.

"İnterAz" televiziyasına müsahibəsində Seyid Əliəkbər Ocaqnejad mövlud gününün xüsusiyyətlərinə toxunub və dünyanın harasında yaşamasından asılı olmayaraq, azərbaycanlıların İslam dinini yaşatdıqlarını bildirib.

Bayram tədbiri tanınmış məddahların şeirləri ilə davam etdirilib. Şair Elşən Xəzərin sonuncu imama həsr etdiyi şeirində dünyada baş verməkdə olan haqsızlıqların İmamın zühuru ilə sona çatacağını ifadə edib.

Bayram mərasimində maraqlı hadisə də baş verib. Belə ki, aUzun müddətdir bu baradə düşündüyünü və mütaliələr etdiyini bildirən Viktor Losev yeni "Mehdi" adını qəbul etdiyini də qeyd edib.

Tədbir çıxışlar və dualarla davam etdirilib. Sonda camaat namazı qılınıb.