“Whatsapp”dan gələn bu link təhlükəlidir

Sayt proqramı istədiyiniz rənglərdə istifadə edə biləcəyiniz iddia edir

  • 47

Bakı, Nazilə Xaqani, İnteraz - 16 May 2017, 14:17

Dünyada milyonlarla insan tərəfindən istifadə olunan “Whatsapp” tətbiqində son zamanlar şəxsi məlumat təhlükəsizliyini təhlükəyə atan məlumatlar yayılır.

İnterAz xəbər verir ki, bir mesajla göndərilən və il baxışda “Whatsapp”ın öz internet səhifəsindən olduğunu düşündüyünüz link əslində o qədər də “günahsız” deyil.

Göndərilən linkədə göstərilən “Whatsapp.com”a daxil olduqda “Whatsapp”a deyil, bu proqramla heç bir əlaqəsi olmayan bir sayta yönləndirilirsiniz.

Sayt proqramı istədiyiniz rənglərdə istifadə edə biləcəyiniz iddia edir. Bu saytda yenə də sizin üçün zərərli olan “Google Chrome” əlavəsi etməyinizlə bağlı sizə xəbərdarlıq gəlir.

Mütəxəssislər bu əlavənin “Whatsapp”la heç bir əlaqəsi olmadığı ilə bağlı xəbərdarlıq edir. Onlar bu cür linklərin iki dəfə yoxlanması ilə bağlı xəbərdarlıq edir.