Sumqayıt sakininin evində sənədləri olmayan tüfənglər aşkar edilib

Sumqayıt ŞPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Adil Heydərovun evinə baxış zamanı müvafiq sənədləri olmayan "Belka" və "İJ-K-16" markalı tüfənglər aşkar edilərək götürülüb

  • 7

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 19 May 2017, 12:35

Sumqayıt şəhər sakininin evindən sənədləri olmayan tüfənglər aşkar edilərək götürülüb.

İnterAz xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb.  

Nazirlikdən bildirilib ki, əldə edilən məlumat əsasında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Adil Heydərovun evinə baxış zamanı müvafiq sənədləri olmayan "Belka" və "İJ-K-16" markalı tüfənglər aşkar edilərək götürülüb.