11 ayın sultanı mübarək Ramazan ayı yaxınlaşır

Ramazan 11 ayın sultanı, Allahın ziyafət ayıdır

  • 21

Bakı, , İnteraz - 19 May 2017, 13:47

 Ramazan ayının başlanmasına bir neçə gün qalıb.

İnterAz oxucularına mütəmadi olaraq bu ayın fəziləti,  görülməli işlərlə bağlı məlumat çatdırmağa çalışacaq. 

İslam alimlərinin də rəyi budur ki, Ramazan 11 ayın sultanı, Allahın ziyafət ayıdır. Bu ayın bütün günlərində oruc tutmaq insana həm dünyada, həm də axirətdə fayda verər. Əlbəttə, üzrlü səbəbdən oruc tuta bilməyənlər istisna olunur. Ramazan günlərində zərurət olmadan səfərə çıxmaq günah deyil, amma məsləhət də görülmür. Xüsusilə, gəzmək, əylənmək məqsədilə orucdan qaçıb səfərə çıxmaq məkruhdur. Şəriət görə, əgər bir şəxsin səfəri günah səfər sayılırsa, o, səfərdə də oruc tutmalıdır. Günah səfər deyərkən günah əməl məqsədilə, haram qazanc dalınca, haram əyləncələr üçün edilən səfərlər və s. nəzərdə tutulur. Hər bir halda, vacib və ya qeyri-vacib səfərə çıxan adam kəffarədən azaddır, yalnız orucun qəzasını tutmalıdır.

Orucun butun bu faydalarına baxmayaraq Allah-təala onun maddi xeyrini deyil, mənəvi faydasını açıqlamagı məsləhət buyurub. Səbəbi də odur ki, mənəvi faydanı nəzərə alaraq oruc tutan, həmin maddi xeyirləri də, təbii ki əldə etmiş olur.Yəni insan Allaha xatir oruc tutanda da oruc öz maddi təsirini həmin şəxsə gostərəcək və o, orucun organizmə olan xeyirlərini əldə edəcək. Məsələnin əks tərəfi isə belə deyil.

Belə ki, əgər kimsə yalnız həmin maddi məqsədlərlə oruc tutsa, ondan nəzərdə tutulan mənəvi xeyirləri əldə edə bilməyəcək. Oruc üçün Allah tərəfindən nəzərdə tutulan mənəvi xeyir isə heç nə ilə müqayisə edilə bilməz.