Mədət Quliyev: Xalq prezidentimizin yanındadır

Azərbaycan bir çox dövlətlərin maraq dairəsindədir

  • 13

Bakı, Nazilə Xaqani, İnteraz - 19 May 2017, 15:17

“Azərbaycanın daxilində heç bir təhlükə yoxdur. Xalq prezidentimizin yanındadır. Prezidentimiz onu sevən xalqa arxalanır. Lakin Azərbaycan bir çox dövlətlərin maraq dairəsindədir. Bu baxımdan kənardan böyük təhdidlər var”.

İnterAz-ın məlumatına bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib.

DTX rəisi xatırladıb ki, bir neçə gün öncə cəsus şəbəkəsinin ifşası ilə bağlı bəyanat verilib: “Artıq istintaq qrupu fəaliyyət göstərir. Prezidentimiz tərəfindən baş prokuror Zakir Qaralova tapşırıq verilib. Onlar bir günün, beş günün casusları deyil. Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök atıb. Xəyanətin üstünün açılması Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Prezidentin tapşırıqlarının düzgün yerinə yetirilməsinin nəticəsidir”.