ÜAK-nın ləğvinə Azərbaycan ictimaiyyətinin kəskin reaksiyası qürur verir - Aydın Mirzəzadə

Millət vəkili Aydın Mirzəzadə öz "Facebook" səhifəsində ÜAK-nın ləğvinə münasibət bildirib

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 19 May 2017, 15:49

İnterAz xəbər verir ki, Millət vəkili Aydın Mirzəzadə öz "Facebook" səhifəsində ÜAK-nın ləğvinə münasibət bildirib.

"Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin dövlət qeydiyyatının ləğvinə Azərbaycan ictimaiyyətinin kəskin reaksiyası qürur verir. Bu milli hissiyatımızı qorumaq əzmimizdən, milli birliyimizin gücündən xəbər verir. Bu reaksiya 1920-ci ildə İrəvan, 1920-ci ildə Göyçə və Zəngəzur, 1929-cu ildə Mığrı Ermənistana veriləndə, 1923-cü ildə süni Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda, 1948-1953-cü illərdə azərbaycanlılar zorla Ermənistandan deportasiya ediləndə, 1987-ci ildə Ulu Öndər Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırılanda olsaydı, indi tarix başqa idi."