Birinci vitse-prezident İslamiadada güləşçilərin mükafatlandırma mərasimində iştirak edib

Qaliblərə medalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təqdim edib

Bakı, Nazilə Xaqani, İnteraz - 19 May 2017, 19:21

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 57 kq çəki dərəcəsində qalib gələn sərbəst güləşçilərin mükafatlandırma mərasimi keçirilib.

İnterAz-ın məlumatına görə, qaliblərə medalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təqdim edib.

Bu çəkidə idmançımız Mahir Əmiraslanov birinci olub.

Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.