"Azərkosmos" ASC Yerüstü Peyk İdarəetmə Mərkəzində təmir işləri aparacaq

Universal yerüstü stansiyanın qurulmasının əsas məqsədi müxtəlif peyklərdən real vaxt rejimində alınan yüksək ayırdetməli məlumatların qəbulu üçün yerüstü infrastrukturun yaradılmasıdır

Bakı, İlkin Məmmədov, , İnteraz - 25 Oktyabr 2014, 13:49

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərkosmos" ASC “Tələt” şirkəti ilə müqavilə imzalayıb.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, müqavilə Yerüstü Peyk İdarəetmə Mərkəzində təmir-tikinti işlərinin aparılması və müvafiq mal-materialların satın alınmasını nəzərdə tutur. Müqavilənin ümumi dəyəri 46016,91 manatdır. Universal yerüstü stansiyanın qurulmasının əsas məqsədi müxtəlif peyklərdən real vaxt rejimində alınan yüksək ayırdetməli məlumatların qəbulu üçün yerüstü infrastrukturun yaradılmasıdır.

 

Yüksək ayırdetməli peyklərdən məlumatların əldə edilməsi və universal yerüstü stansiyanın imkanlarından istifadə edilməsinə dövlət sərhədlərinin monitorinqinin həyata keçirilməsi, ətraf mühitin, dəniz sularının çirklənməsinin və neft sızmalarının aşkar edilməsi, neft və qaz sənayesi tullantılarının monitorinqi, meteorologiya və iqlim dəyişikliyinin proqnozu, ekologiya və təbii sərvətlərin tədqiqatı, kartoqrafiya və şəhərsalma işləri üçün müvafiq məlumatların əldə edilməsi, fövqəladə halların aradan qaldırılmasına dəstək və kənd təsərrüfatının dəstəklənməsi daxildir.