Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın söndürülüb

Yevlax Rayon Mərkəzi Xəstəxanasındakı xəstələrin hamısı təxliyyə olunub

Bakı, Nazilə Xaqani, İnteraz - 27 Iyul 2017, 15:14

16:01:09

Yevlax Rayon Mərkəzi Xəstəxanasındakı xəstələrin hamısı təxliyyə olunub.

Yanğın söndürülüb. Lakin hələ də tüstülənmə qalır.

15:14:14

Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın başlayıb.

İnterAz “Report”a istinadən xəbər verir ki, yanğının genişlənməsi təxliyyə prosesini çətinləşdirir.

Məlumata görə, təxminən 35-40 xəstə, o cümlədən uşaqlar alovun sıx əhatə olduğu ərazilərdə qalıb. Onların xilas edilməsində ciddi problemlər var.

Xəstəxanaya gedən bütün yollar bağlanılıb. Yalnız xidmət avtomobilləri hərəkət edə bilir.

"Yanğın zamanı xəstəxananın Cərrahiyyə şöbəsinə üç xəstə əməliyyat masasında olub və həmin xəstələr dərhal təcili tibbi maşınları ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə FHN-in 4 yanğınsöndürən maşını və  canlı quvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində mühüm işlər görülür".