Rauf Arifoğluna ağır itki üz verib

Jurnalistin atası Arif Abbasov bu gün səhər saatlarında dünyasını dəyişib

Baku, Oktay Quliyev, İnteraz - 06 Avqust 2017, 12:44

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğluna ağır itki üz verib.

 

İnterAz "Musavat.az"a istinadən xəbər verir ki, jurnalistin atası Arif Abbasov bu gün səhər saatlarında dünyasını dəyişib. A. Abbasov Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində son mənzilə yola salınacaq.

 

Qeyd edək ki, A. Abbasov 1940-cı ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. O, uzun illər müəllim kimi fəaliyyət göstərib.

 

Biz də İnterAz kollektivi olaraq mərhumun yaxınlarına baş sağlığı veririk.

 

Allah rəhmət eləsin!