Ən yeni “iPhone”nun görüntüləri yayılıb

“Apple”in yeni çıxan bütün görüntülərini internetə sızdıran Evan Blass bu dəfə də “iPhone 8”in görüntülərini yayıb

Bakı, Nazilə Xaqani, İnteraz - 09 Avqust 2017, 11:37

İstifadəçilər tərəfindən yeni dizaynı olduqca maraqla qarşılanan “iPhone 8”in yeni görüntüsü yayılıb.

İnterAz-ın məlumatına görə, “iPhone 8”in bu ilin sonunda ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.

“Apple”in yeni çıxan bütün görüntülərini internetə sızdıran Evan Blass bu dəfə də “iPhone 8”in görüntülərini yayıb. Görüntülərdən yeni modelin olduqca dözümlü olduğu məlum olur.  

Yeni model təqdim edilməsə də, bir çox xüsusiyyətləri artıq məlumdur. Belə ki, “iPhone 8” kabelsiz elektrik enerjisi yığa biləcək. Son zamanlarda bütün ağıllı telefon istehsalçılarının istifadə etdiyi çərçivəsiz ekranı “Apple” istehsalçıları “iPhone 8”də istifadə edib.

Gözlənilən başqa bir xüsusiyyət isə üz tanıma sisteminin olmasıdır.