Bakıda zavod yanır

Bakının Qaradağ rayonunda zavodda yanğın başlayıb

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 10 Avqust 2017, 16:59

Bakının Qaradağ rayonunda zavodlardan birində güclü yanğın başlayıb.

 

İnterAz xəbər verir ki, bu barədə baku.ws-ə hadisə şahidləri bildirib.

 

Bildirilir ki, yanğın "İnter Glass” şüşə qablarının istehsalı zavodunda baş verib.

 

Qaradağ rayonu ərazisində yanğın hadisəsinin baş verdiyi Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiqlənib.

 

FHN-nin mətubat xidmətindən bildirilib ki, Qaradağ Dövlət yanğından Mühafizə Xidmətinə həmin ərazidə yanğın hadisəsinin baş verdiyi barədə məlumat daxil olub. Hadisə yerinə yanğınsöndürən briqadalar yollanıb.