Goranboyda iki avtomobil toqquşub

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində cinayət işi başlayıb

Bakı, Azər İsrafilov, İnteraz - 12 Avqust 2017, 10:24

Goranboy rayonunun Qızılhacılı kənd ərazisində iki "VAZ-2107" markalı avtomobil toqquşub.

Hadisə şahidlərinin İnterAz-a verdiyi məlumata görə, qəza zamanı onlardan biri idarəetməni itirib və yol kənarında olan piyada, 57 yaşlı Afərin Xəlil qızı Həsənovanı vurub. Ağır bədən xəsarəti alan A.Həsənova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində cinayət işi başlayıb. Sürücülərin izahatı alınıb və müvafiq ekspertizalar təyin edilib.