Türkiyədə fabrikdə partlayış baş verib

Hadisə şəhərin Sandıklı rayonunda qeydə alınıb

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 12 Avqust 2017, 12:07

 Türkiyənin Afyonkarahisar şəhərində fabrikdə partlayış baş verib.

İnterAz “Sabah” qəzetinə istinadla verdiyi xəbərə görə, hadisə şəhərin Sandıklı rayonunda qeydə alınıb. Partlayışdan sonra güclü yanğın başlayıb. 3 nəfərin xəsarət aldığı bildirilir.