Şirvan sakini həmyerlisi tərəfindən bıçaqlanıb

Hazırda hadisənin baş verməsinin dəqiq səbəbləri araşdırılır

Bakı, Azər İsrafilov, İnteraz - 12 Avqust 2017, 12:21

Ötən gün Şirvan şəhərində şəxsi münasibətlər zəminində bıçaqlanma hadisəsi baş verib. Xəqani küçəsi 4/11-də yaşayan, şəhər sakini 41 yaşlı Dadaşov Elmar Əlövsət oğlu qarın nahiyəsindən bıçaqlanıb. Xəsarət alan şəxs Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyat olunan yaralının vəziyyəti ağırdır.

Faktla bağlı Şirvan şəhər polis şöbəsində cinayət işi başlanıb.

İşi araşdıran müstəntiq Anar Nağıyevin İnterAz-a verdiyi məlumata görə, E.Dadaşov əvvəllər məhkum həyatı yaşamış Elmar adlı şəxs tərəfindən bıçaqlanıb və həmin şəxs şübhəli şəxs qismində saxlanılıb. Hazırda hadisənin baş verməsinin dəqiq səbəbləri araşdırılır.