Həcc ziyarəti başa çatdıqdan sonra müqəddəs şəhərələrə ziyarətlər təşkil olunacaq - QMİ

QMİ ilə bərabər digər şirkətlər də müqəddəs şəhərlərə ziyarətlərin təşkilini həyata keçirir

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 12 Avqust 2017, 13:07

Azərbaycandan Kərbəla, Məşhəd, Nəcəf və digər müqəddəs şəhərlərə ziyarətlərin təşkili istiqamətində hazırlıq işləri görülür. 

Bu barədə İnterAz-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. 

Bildirilib ki, hazırda idarə Həcc ziyarətinin təşkili ilə məşğuldur: "Həcc ziyarəti başa çatdıqdan sonra müqəddəs şəhərələrə ziyarətlər təşkil olunacaq".

Məlumata görə, müqəddəs şəhərlərə ziyarətləri yalnız QMİ təşkil etməyəcək: "QMİ ilə bərabər digər şirkətlər də müqəddəs şəhərlərə ziyarətlərin təşkilini həyata keçirir".