Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşən şəxslər xilas edilib

Əməliyyat saat 12:15-də başa çatıb

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 12 Avqust 2017, 13:27

Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) İnterAz-a verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir su anbarında (ən yaxınlıqdakı məntəqədən 300 m aralıda, nəzarətsiz ərazidə) 2 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 12:15-də başa çatıb.