Alim Qasımov “Şərəf” ordeni ilə təltif olunub

A.Qasımov Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif olunub

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 12 Avqust 2017, 15:17

 Azərbaycan Prezidenti İlham Əliyev xalq artisti Alim Həmzə oğlu Qasımovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

İnterAz xəbər verir ki,  A.Qasımov Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif olunub.

Qeyd edək ki, avqustun 14-də A.Qasımovun 60 illik yubileyidir.