Sabah Azərbaycanda yağış yağacaq

Mülayim cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəzlənəcək

Bakı, Nazilə Xaqani, İnteraz - 06 Sentyabr 2017, 13:43

Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İnterAz-a bildirilib ki, sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında mülayim cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəzlənəcək. Axşama doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Havanın temperaturu gecə  22-25°, günün birinci yarısında 28-33°, axşam 24°-dək isti, Bakıda gecə  23-25°, günün birinci yarısında 31-33°, axşam 24°-dək isti olacaq. Atmosfer təzyiqi 753  mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. 

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 7-si gündüzdən 8-i səhərədək Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında səhər şimal və şərq rayonlarından başlayaraq, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə  intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 13-18°, gündüz  22-27° isti olacağı gözlənilir.