Bu gündən azərbaycanlı zəvvarlar Vətənə dönür

Digər zəvvarlar isə sentyabrın 13-ü,14-ü və 15-də Azərbaycana dönəcəklər

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Sentyabr 2017, 09:05

Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların birinci qrupu bu gün vətənə qayıdır.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) İnterAz-a verilən məlumata görə, zəvvarları gətirən təyyarə Bakı vaxtı ilə saat 16:30-da yerə enəcək. İdarədən onu da qeyd ediblər ki, zəvvarların ziyarəti zamanı hər hansı bir problem yaşanmayıb, ziyarət nəzərdə tutulduğu qaydada həyata keçirilib.

Məlumata görə, digər zəvvarlar isə sentyabrın 13-ü,14-ü və 15-də Azərbaycana dönəcəklər.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib.