Bakıda 159 nömrəli avtobus qəza törədib

Əyləc sistemində problem yaranan avtobus beton daşıyan maşına dəyib

Bakı, Ülkər Qasımova, İnteraz - 12 Sentyabr 2017, 12:21

Dünən axşam saat 19:00 radələrində Elmlər- Sulutəpə istiqamətində hərəkət edən 159 nömrəli sərnişin avtobusu qəza törədib.

Hadisə şahidlərinin İnterAz-a verdiyi məlumata görə, əyləc sistemində problem yaranan avtobus beton daşıyan maşına dəyib. Hadisə baş verən zaman avtobusda 20-25 nəfər olub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar xəstəxanaya yerləşdirilib.

Yaralılardan altı nəfər təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.