Rövşən Lənkəranskinin qətlində adı hallanan şəxs Tbilisidə öldürülüb

Onun meyiti “Toyota” markalı avtomobildə aşkar olunub

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Sentyabr 2017, 16:39

Tbilisinin Abanotubani rayonunda ötən gecə Azərbaycan vətəndaşı odlu silahla qətlə yetirilib. Onun meyiti “Toyota” markalı avtomobildə aşkar olunub. 

Bu barədə  "Novosti-Gruziya" xəbər agentliyi  ölkənin daxili işlər nazirliyinə istinadla xəbər verir.

İnterAz-ın  “Rustavi 2” televiziya kanalına istinadla xəbər verir ki, öldürülən şəxsin kimliyi müəyyənləşdirilib. Bu “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində adı hallanan Elşən Məmmədovdur. 

Güman edilir ki, Məmmədovun qətlinin Lənkəranskinin qətli ilə bağlantısı var.