Qaradağ polisi avtomobillərə qənim kəsilmiş şəxsi saxlayıb

Bir evdən 500 manat oğurlaması da müəyyən edilib

Bakı, Azər İsrafilov, İnteraz - 13 Sentyabr 2017, 14:33

Bakı şəhər sakini Rəsul Əliyevin avtomobilindən oğurluq etməkdə şübhəli bilinən Hikmət Zəkiyev Qaradağ Rayon Mühafizə İdarəsinin və 10-cu PB-nin əməkdaşları tərəfindən tutulub.

Daxili İşlər Nazirliyindən İnterAz-a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun avqustun 15-dən sentyabrın 7-dək olan müddətdə Qaradağ rayonu ərazisində 6 avtomobildən içərisində şəxsiyyət və sürücülük vəsiqələri, bankomat kartı və digər sənədlər olan pulqabı, maqnitofon, akkumulyator, habelə 1 evdən 500 manat oğurlaması da müəyyən edilib.