AŞPA həmməruzəçiləri Mehman Əliyevin həbsdən buraxılmasını alqışlayıb

Stefan Şennak və Sezar Florin Preda Bakıya “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən buraxılmasını alqışlayıb

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Sentyabr 2017, 18:02

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda Bakıya “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən buraxılmasını alqışlayıb.

İnterAz-ın məlumatına görə, AŞPA həmməruzəçiləri bildiriblər ki, M.Əliyevin azad olunması müsbət bir addımdır.

Qeyd edək ki, Mehman Əliyev 2017-ci il avqustun 24-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.