ATV-də iki məşhur serial bağlanıb

Yaxın günlərdə telekanalın strukturunda ciddi islahatların aparılacağı gözlənilir

Bakı, Nazilə Xaqani, İnteraz - 27 Sentyabr 2017, 17:13

ATV-nin yeni rəhbərinin qərarı ilə telekanalda yayımlanan "Bozbash Pictures" və "Bacanaqlar" serialının yayımı dayandırılıb. 

İnterAz "azvision.az"a istinadən xəbər verir ki, yaxın günlərdə telekanalın strukturunda ciddi islahatların aparılacağı gözlənilir. Bundan əlavə bəzi əyləncəli verilişlərin də bağlanacağı bildirilir.

Qeyd edək ki, ötən gün ATV-nin təsisçilərinin qərarına əsasən Vüqar Qaradağlı telekanalın rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Kanalın idarəçiliyi müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.