Bakıda avtobusda 26 yaşlı qız döyülüb

Faktla bağlı araşdırma aparılır

Bakı, Nazilə Xaqani, İnteraz - 03 Oktyabr 2017, 15:44

Bakıda marşrut avtobusunda xuliqanlıq hadisəsi baş verib. 

İnterAz "Lent.az"a istinadən xəbər verir ki, Xəzər rayonu Zirə qəsəbəsi ilə metronun “Koroğlu” stansiyası arasında sərnişindaşıma ilə məşğul olan 150 saylı xətt avtobusunda Sadiq adlı şəxs 26 yaşlı Aytən Məmmədovanı döyərək, ona xəsarətlər yetirib. Digər sərnişinlərin müdaxiləsi ilə qızı həmin şəxsin əlindən almaq mümkün olub.

Faktla bağlı araşdırma aparılır.