Şamaxıda istirahət və sağlamlıq mərkəzində yanğın olub
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub
Bakı, Nazilə Xaqani, İnteraz - 11 Oktyabr 2017, 09:17
Şamaxı rayonunda istirahət və sağlamlıq mərkəzində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən İnterAz-a verilən məlumata görə, istirahət və sağlamlıq mərkəzinin ərazisində olan ikimərtəbəli, taxta konstruksiyalardan ibarət tikilinin dam örtüyünün yanar konstruksiyaları 700 kv.m sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.