DİN Bakıda əməliyyat-axtarış tədbirləri həyata keçirib

Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Abbasov və Müşviq Axundov, həmçinin Abşeron rayon sakini Kamran Əhmədov saxlanılıblar

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Oktyabr 2017, 15:07

Yasamal və Səbail rayonlarında yaşayış binalarının üzərindən Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini oğurlayan şəxslərə qarşı Daxili İşlər Nazirliyinin (DİN) ayrı-ayrı strukturları tərəfindən yüksək peşəkarlıqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

DİN-in mətbuat xidmətindən İnterAz-a bildiriblər ki, əməliyyat tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Abbasov və Müşviq Axundov, həmçinin Abşeron rayon sakini Kamran Əhmədov saxlanılıblar.

Hüseyn Abbasovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun oktyabrın 1-də Əməkdar incəsənət xadimi, bəstəkar Qəmbər Hüseynlinin Yasamal rayonunun N.Nərimanov küçəsindəki barelyefini oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.